29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu sözü uşaqlarınıza qətiyyən deməyin

27 yan 2024 14:00
GÜNDƏM
ads
Advertisement

Uşaq olarkən eşitdiyimiz “ağıllıdır, amma tənbəldir” ifadəsinin sonrakı yaşlarda bizə necə təsir edəcəyini heç düşünübsünüz?

Xüsusilə akademik müvəffəqiyyəti aşağı olan uşaqların ailələrini narahat etməmək üçün deyilən bu söz, gələcəkdə insanın tənbəl sözünün tələsinə düşməsinə səbəb ola bilər.

Publika.az mütəxəssislər “ağıllıdır, lakin tənbəldir” cümləsinin uşaqlarda əks təsir göstərdiyini və onların narahatlıq səviyyələrini artırdığını bildirib. Onlar yetkin olduqdan sonra iş həyatında mürəkkəb işlərdə çətinlik çəkərkən tənbəl olduqları qənaətinə gəlirlər.

Təhsil sosioloqu Prof.Dr.S. Tunay Kamer bildirib ki, bu cür ifadələr müəllimlər tərəfindən akademik nailiyyətləri aşağı olan şagirdlərin valideynlərinə qarşı nəzakət kimi istifadə olunur:

“Ağıllı şagirdlər tənbəl ola bilər. Bəzi hallarda bu vəziyyətdə olan uşaqlarda mənfi bir mənlik imici yarana bilər və ya uğursuzluq hissləri ilə mübarizə aparmalı olurlar. Təhsil irəlilədikcə, hər şey daha mürəkkəbləşir, ona görə də daha çox intellekt tələb olunur”.

Ümumiyyətlə, uşaqlıqda böyüklərin söylədiyi bu ifadələr yetkinlik dövründə davranışa istiqamət verən zehni strukturlara çevrilir.

Aysel Şahmar


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur