Qırğızıstan parlamenti Əsgər Akayevə keçmiş prezident statusu verilməsi üçün komissiyanın yaradılmasından imtina etməyi tövsiyə edib.
QÜTB.AZ xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
“Komitə sentyabrın 24-də Əsgər Akayevin müvəqqəti deputat komissiyasının yaradılması və eks-prezidentin statusunun bərpası ilə bağlı bəyanatına baxıb”, - deyə parlamentin müraciətinə istinadən bildirilib.
Qeyd olunur ki, eks-prezident statusu dövlət başçısı kimi törətdiyi əməllərə görə toxunulmazlıq və hazırkı prezidentin maaşının 75 faizi məbləğində pensiya almaq hüququ verir.
Akayev sentyabrın əvvəlində bu statusun ona qaytarılması xahişi ilə qanunvericilik məclisinə müraciət edib. İndiki dövlət başçısı Sadır Japarov parlamentin işinə qarışmaq fikrində olmadığını bəyan edib.
Adəm Abbaslı