06.04.25 | Bakı 13.03° C |
10:28:17
Lent :

Bütün dünyada müsəlmanlar hələ də islamofobiya ilə üzləşir

08 mar 2024 09:00
GÜNDƏM
ads

BMT-nin Sivilizasiyalar Alyansı dini dözümsüzlüyün bütün formalarına qarşı mübarizə aparmağa sadiqdir.

Publika.az xəbər verir ki, bu barədə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinosun Bakıda Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda keçirilən beynəlxalq elmi konfrans iştirakçılarına müraciətində bildirilib.

“Bütün dünyada müsəlmanlar hələ də islamofobiya ilə üzləşir. Dinə və dini inanclara qarşı ayrı-seçkilik BMT Nizamnaməsi və Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin pozulması deməkdir. Məlum olduğu kimi, islam tolerantlıq və mötədillik dinidir. Əslində, bütün dinlər mərhəmət, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət kimi humanist dəyərləri qəbul edirlər”, - o vurğulayıb.

M.Moratinos, həmçinin dünyanı ədalətli, dinc və inklüziv cəmiyyətlər qurmaq üçün səylərini davam etdirməyə çağırıb.

O, müqəddəs Ramazan ayının başlanması münasibəti ilə dünya müsəlmanlarına ən xoş arzularını çatdırıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur