ABŞ-nin sabiq prezidenti Donald Trampa “Trump Organization” şirkətinin maliyyə sənədlərinin saxtalaşdırılması işi üzrə hökmü sentyabrın 18-də oxunacaq.
Publika.az xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.
Hakim Xuan Merçan tarixi iyulun 11-dən iki aydan çox müddətə ertələyib və beləliklə, Trampın vəkillərinin hökmün ertələnməsi üçün vəsatət qaldırması tələbini təmin edib.