"Bayern" rəhbərliyi müdafiəçi Alfonso Devisi komandada saxlamağa çalışır.
Publika.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Münxen komandası 23 yaşlı futbolçuya son təkliflə çıxış edib.
"Bayern" yeni müqaviləyə əsasən Alfonsoya illik 13-14 milyon avro ödəməyə hazırdır. Alman klubu şərtləri yaxşılaşdırmaq və ya başqa cəhd etmək fikrində deyil.
Qeyd edək ki, fevralda Devislə "Real"ın maraqlandığı və artıq Madrid təmsilçisi ilə razılığa gəldiyi barədə məlumatlar yayılıb.
Kanadalı futbolçunun Almaniya nəhəngi ilə müqaviləsi 30 iyun 2025-ci ilə qədər qüvvədədir.
Heybət