29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu ərazidə torpaq BAHALAŞIR

15 noy 2024 04:00
GÜNDƏM
ads

1 sotu 2 min manata olan torpaq sahəsi, 15 min manata təklif olunacaq…

QÜTB.AZ "Xəzər" TV-yə istinadən bildirir ki, söhbət paytaxtın Qaradağ royunu Ələt qəsəbəsindən gedir.

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, infrastrukturun yenilənməsi, hava limanının tikilməsi bu ərazidə daşınmaz əmlakın qiymətinə təsir edib.

Ekspert bildirib ki, hazırda həmin ərazidə 1 sotu 2 min manata təklif olunan torpaq sahələrinin 2026-cı ilə qədər 6 min manatadək yüksələcəyi proqnozlaşdırılır. Hava limanı istifadəyə verildikdən sonra isə 2 min manata təklif olunan torpaq sahəsi 15 min manat civarında təklif olunacaq.

Qeyd edək ki, 2026-ci ildə inşasının başa çatırılması nəzərdə tutulan hava limanı 8 təyyarə dayanacağı, 4000 metrlik uçuş-enmə zolağı, taksi yolları, hava hərəkəti idarəetmə mərkəzi, yanacaq və yanğınsöndürmə xidmətləri və digər əlaqəli obyektləri əhatə edəcək.

Yeni obyektlər Bakı Beynəlxalq Dəniz Ticarət Limanına, geniş dəmir yolu və avtomobil qovşaqlarına, eləcə də yeni hava limanına çıxış əldə edəcək.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur