Müştərilər nağdsız alış-verişə daha çox keşbek faizlərinə görə üstünlük verirlər. Buna görə də onlar ən çox faiz verən bankla əməkdaşlıq edirlər.
Ancaq son zamanlar bəzi bankların keşbek faizləri azalıb.
Ekspertlərin sözlərinə görə, qarşıdakı dövrlərdə bu faizlər tamamilə ləğv oluna bilər.
İqtisadçı Xalid Kərimli bildirib ki, keşbekdən istifadə edənlərin sayı artdıqca bu proses banklar üçün yüklü prosesə çevrilir, xərcləri artmış olur:
“Artıq bank daha çox müştəri cəlb edib, öz istəklərinə çatıb. Onlar haqqında da məlumat toplayıb. Düşünürəm ki, bu layihəsindən daha çox müştərinin istifadə etməsi keşbek faizlərinin azalmasına səbəb olacaq”.
Bank əməkdaşı Arzu Əliyeva mövzu ilə bağlı qeyd edib ki, gündəmdə keşbeklərin ləğvi ilə bağlı məsələ yoxdur:
“Keşbek faizləri isə kart daxilində müxtəlif kateqoriyalar üzrə təyin olunur və şəxsən müştərinin özü tərəfindən seçilir. Bu səbəbdən də keşbekin artması və ya azalması onun seçiminə uyğun olaraq baş verir”.
Ətraflı "Baku" TV-nin süjetində: