ABŞ-ın keçmiş prezidenti Donald Trampa Pensilvaniyada mitinqdə atəş açan şəxs məhv edilib.
Publika.az xəbər verir ki, bu barədə "Washington Post" (WP) qəzetinin jurnalisti Meril Kornfil məlumat yayıb.
Jurnalist Batler dairəsinin prokuroru Riçard Qoldinqerə istinadla bildirib ki, insident nəticəsində iki nəfər öldürülüb.
“Şübhəli şəxs güman edilən atəşdən sonra Gizli Xidmət tərəfindən zərərsizləşdirilib”, – CBS telekanalın sosial şəbəkə hesabında qeyd olunub.
Eyni zamanda, atəş açdığı iddia edilən şəxsin öldürülməsi ilə bağlı heç bir rəsmi məlumat və ya təsdiqləmə olmayıb. Bu şəxsin kim olduğu və motivlərinin nə olduğu hələlik məlum deyil.
Hüseyn İbadlı