Məşhur fantastik türk serialı "Selena"nın yenidən başlayacağı iddia edilib.
Publika.az olay-a istinadən bildirir ki, layihənin musiqili tamaşasının hazırlanması planlaşdırılır. Tamaşada rol alması üçün Selena obrazına həyat verən Sinem Kobala təklif edilib.
Qeyd edək ki, sözügedən serial yutubda yüksək izlənmələr əldə edir. Ekran işinin 3.45 milyon izləyicisi olan kanalına 6 il əvvəl yerləşdirilən ilk bölüm 23 milyondan çox izlənib.