25.05.25 | Bakı 17.03° C |
10:06:25
Lent :

"Qalatasaray" səfərdə qələbə qazandı

25 may 2025 04:00
HADİSƏ
ads

Türkiyə Superliqasının 37-ci həftəsində artıq çempionluğunu elan edən "Qalatasaray" səfərdə "Göztepe" ilə qarşılaşmadan 0:2 hesablı qələbə ilə ayrılıb.

 

Qutb.az xəbər verir ki, "Gürsel Aksel" stadionunda keçirilən görüşün ilk hissəsində qapılara qol vurulmayıb və ilk 45 dəqiqə 0:0 hesablı bərabərliklə yekunlaşıb.

 

"Qalatasaray" 70-ci dəqiqədə qazandığı cərimə zərbəsini qola çevirib. Kaan Ayxan gözəl zərbə vuraraq komandasını önə keçirib.

 

Daha bir qol matçın əlavə vaxtında vurulub. 90+1-ci dəqiqədə Alvaro Morata fərqi artırıb.

 

Bununla da, "Qalatasaray" liqadakı qələbə seriyasını 7 oyuna çatdıraraq, hesabına üç xal əlavə edib. Bu nəticə ilə sarı-qırmızılılar xallarını 92-yə yüksəldib. Üç həftədir qalib gələ bilməyən "Göztəpə" 47 xalla 8-ci pillədə qalıb.

 

Superliqanın son həftəsində "Qalatasaray" öz meydanında "Başakşəhər"i qəbul edəcək.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
17.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur