Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfər edəcək.
Publika.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Putin və Özbəkistan Prezidenti Şövkət Mirziyayev iki ölkənin Regionlar Şurasının ilk iclasında iştirak edəcəklər. Bundan əlavə, danışıqlar zamanı tərəflər Rusiya-Özbəkistan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini müzakirə edəcəklər.
Səfərin mayın 26-27-də baş tutacağı gözlənilir.