Ukraynanın resurslar, sənaye imkanları və kadrlar baxımından Rusiya ilə rəqabət aparması mümkün deyil.
Publika.az xəbər verir ki, bunu “Die Welt” qəzetinə müsahibəsində Ukrayna Müdafiə Nazirliyinin (MN) rəis müavini general-leytenant İvan Qavrilyuk etiraf edib.
Onun sözlərinə görə, Rusiya Ukrayna ilə münaqişəyə başlamaq üçün onilliklərdir silah toplayıb və illərlə hazırlaşıb. Kiyev mərmi, tank və əsgərlərin sayına görə Moskva ilə "ayaqlaşa" bilmir.
Qavrilyuk əlavə edib ki, Ukrayna ordusu yüksək texnologiyalı silahların köməyi ilə üstünlük əldə edə bilər. Müdafiə Nazirliyinin rəis müavini vurğulayıb ki, Ukrayna daha müasir silahlara ehtiyac duyur.
“Bu gün Ukrayna Silahlı Qüvvələrinin müharibənin gedişatını dəyişdirmək üçün kifayət qədər silahı yoxdur. Lazımi hərbi dəstəyin verilməsində gecikmənin səbəbləri müxtəlifdir. Bunlardan biri də istehsalat bazasıdır”, - o, qeyd edib.
Aytən