“Luton Taun” klubunun kapitanı Tom Lokyer ötən ilin dekabrında Premyer Liqanın 17-ci turunda “Bornmut”la matçda ürək tutmasından sonra həkimlərin bədəninə quraşdırdığı defibrilatoru nümayiş etdirib.
Publika.az xəbər verir ki, Futbolçu defibrilatorun harada quraşdırıldığını və naqilin sinədən ürəyə necə keçdiyini göstərib. Müdafiəçinin sözlərinə görə, cihazdakı akkumulyator 10 il işləmək üçün nəzərdə tutulub.
Lokyer 2 dəqiqə 40 saniyə ərzində kliniki ölüm keçiridyi bildirib. O, bildirib ki, hadisə meydanda deyil, başqa yerdə baş versəydi, sağ qala bilməzdi.