19.05.25 | Bakı 18.77° C |
10:06:25
Lent :

9 qaşıq udan kişi 4 saat əməliyyat edilibmiş - Həkimdən AÇIQLAMA

19 may 2025 11:00
GÜNDƏM
ads

Xəbər verdiyimiz kimi, Bakıda 55 yaşlı kişinin mədəsindən 9 ədəd qaşıq çıxarılıb.

Bakı Sağlamlıq Mərkəzinin həkim-qastroenteroloqu Dr. Rüfət Bağırov Qutb.az-a açıqlamasında bildirib ki, 19 may tarixində saat 01:00 radələrində Çağrı Mərkəzimizə daxil olan zəng nəticəsində ağır vəziyyətdə olan bir vətəndaş barədə məlumat daxil olub. Şəxsin yad cisim udması səbəbilə təcili tibbi müdaxiləyə ehtiyacı var idi.

"3 saylı Şəhər Klinik Xəstəxanasından müraciət olunub, lakin digər tibb müəssisələri tərəfindən qəbul edilməyib. Klinikamıza əlaqə yaradıldıqdan dərhal sonra komandamız vəziyyətə operativ reaksiya göstərib, pasiyent təxirəsalınmadan qəbul edilib.

Peşəkar tibbi heyətimizin çevik və koordinasiyalı fəaliyyəti nəticəsində əməliyyat uğurla həyata keçirilib. Endoskopik müdaxilə 4 saat davam edib və nəticə etibarilə zərərçəkənin vəziyyəti stabilləşdirilib.

Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir, vəziyyəti stabildir", - həkim qeyd edib.

 

 

 

 

1437158

1437160

1437161

14371621437163

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
152 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
18.77° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur