Əfqanıstan mayeləşdirilmiş təbii qazın tədarükü üzrə Rusiyanın yeni tərəfdaşı ola bilər.
QÜTB.AZ "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Əfqanıstandakı Rusiya Biznes Mərkəzinin rəhbəri Rüstəm Habibullin bildirib.
Məlumata görə, tərəflər 2025-ci ilin mayında Kazanda keçiriləcək forumda müvafiq saziş imzalamağa hazırdır.
Taliban Rusiya qazının Cənub-Şərqi Asiyaya tədarükünü asanlaşdırmaq istəyini ifadə edib. O, təfərrüatları bölüşüb. Nəşrin həmsöhbətinin sözlərinə görə, sınaq daşımaları artıq həyata keçirilib.
Habibullin vurğulayıb ki, 2023-cü ildə həmin ərazidə Rusiya tərəfi və Taliban 50 milyon ton neft məhsulunun, 2024-cü ildə isə 2 milyon ton buğda və unun tranziti barədə razılığa gəliblər.
Qeyd edək ki, 2024-cü ilin mayında Habibullin bildirib ki, Rusiya ilə Əfqanıstan arasında ticarət dövriyyəsi 1 milyard dollara çatıb.
Habibullin otən il həmçinin 2025-ci ildə ölkələr arasında ticarət həcmini 3 milyard dollara çatdırmaq niyyətində olduqlarını bildirmişdi.
Adəm Abbaslı