Yaponiyanın mərkəzində davam edən zəlzələ qurbanlarının ümumi sayı 62 nəfərə çatıb.
Publika.az xəbər verir ki, bu barədə regional hakimiyyət orqanlarının məlumatında bildirilib.
Həmçinin, 100-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ölənlərin və xəsarət alanların əksəriyyəti İşikava prefekturasının sakinləridir. Orada zəlzələlərin törətdiyi çoxsaylı yanğınlar 200-dən çox yaşayış binasını dağıdıb, 100-dən çox bina yeraltı təkanlar nəticəsində dağılıb. Fəlakət zonasına göndərilmiş xilasedicilər, fövqəladə hallar işçiləri və ölkənin özünümüdafiə qüvvələrinin əsgərləri dağıntıların təmizlənməsi və yerində insanların axtarışını davam etdirirlər.
Səlzələnin nəticələrinə görə İşikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.