03.04.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Rusiyanın daha bir qonşusu düşmən blokun üzvü olur

26 fev 2024 19:00
GÜNDƏM
ads

Macarıstan parlamenti İsveçin NATO-ya üzv olmaq təklifini nəzərdə tutan sənədi ratifikasiya ediblər.

Beləliklə, Rusiyanın daha bir qonşusu düşmən blokun üzvü olur.

Publika.az xəbər verir ki, İsveç Ukraynada müharibə başlayandan sonra 2022-ci ildə NATO-ya qoşulmaq üçün müraciət edib. Onun müraciətini Türkiyə və Macarıstandan başqa bütün digər alyans üzvləri qısa müddətdə təsdiqləyiblər.

Türkiyə parlamenti İsveçin üzvlüyünə yanvar ayında hə deyib. Macarıstanın baş naziri Viktor Orban isə keçən həftə İsveç baş naziri Ulf Kristerssonun ölkəsinə səfərindən sonra fikrini dəyişib. Ulf Kristersson bu günün “tarixi gün” olduğunu və İsveçin “Avro-Atlantik təhlükəsizliyi üçün məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu” deyib.

NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Macarıstan parlamentinin qərarı alyansı “daha güclü və təhlükəsiz” edir.(Musavat.com)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
149 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur