Bazar ertəsi, sentyabrın 16-da səhər Yer kürəsində yenidən güclü maqnit qasırğası başlayacaq.
QÜTB.AZ xəbər verir ki, bu barədə "Phobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkovets "Telegram" kanalında məlumat verib.
Onun sözlərinə görə, Bakı vaxtı ilə saat 10:00-dan başlayaraq planetdə zəif maqnit qasırğası başlayacaq:
"Günortadan 19:00-a kimi biz G3 (güclü) səviyyəsində Yerin maqnit sahəsində müəyyən dərəcədə pozulma gözləməliyik".
Tişkovets əlavə edib ki, axşam saatlarında qasırğa səngiyib, mülayimləşəcək, o, sentyabrın 17-si Bakı vaxtı ilə saat 13:00-a qədər davam edəcək.
Hüseyn İbadlı