Nüfuzlu “Variety” nəşri ABŞ-nin ən bahalı 3 döyüş promosyonlarının dəyərini açıqlayıb.
QÜTB.AZ xəbər verir ki, ilk sırada UFC qərarlaşıb. MMA-in ən nüfuzlu təşkilatın dəyəri 11,3 milyard dollardır.
İkinci yerdə şou xarakterli WWE yer alıb. Bu təşkilatın dəyəri 6,8 milyard dollardır. Üçüncü sırada 2 milyarddan çox dəyəri olan AEW qərarlaşıb.
AEW və “Warner Bros. Discovery” ilə 185 milyon dollarlıq dəyərində televiziya və yayım hüquqları müqaviləsi bağlayıb. Buna görə təşkilatın dəyəri 2 milyardı ötüb.