18.04.25 | Bakı 10.03° C |
10:06:25
Lent :

Təyyarə qəzası: Yaxın vaxtlarda açıqlama olacaq

29 yan 2025 10:00
GÜNDƏM
ads

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat prosesi ölkəmizin aidiyyəti strukturları tərəfindən davam etdirilir. Hesab edirik ki, yaxın vaxtlarda tərəfdaş dövlətlərlə birlikdə məsələ ilə əlaqədar ictimaiyyətə də geniş məlumat veriləcək.

QÜTB.AZ xəbər verir ki, bu sözləri Teleqraf.com-a Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Cənab prezident tərəfindən bu məsələ ilə əlaqədar keçirilən müşavirədə də qeyd edilmişdi ki, mütəmadi əsasda ölkə ictimaiyyətinin təyyarə qəzasının nəticələri haqqında məlumatların verilməsi təmin olunacaq”, - deyə qeyd edib.

Qəza ilə bağlı Azərbaycanın Rusiyadan gözləntilərinə gəlincə, Hikmət Hacıyev vurğulayıb ki, bu məsələ Rusiya tərəfi ilə aidiyyəti və diplomatik kanallar vasitəsilə müzakirə olunmaqdadır.

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
150 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
10.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur