Rusiya ilə İran arasında əməkdaşlıq üçüncü ölkələrin təhlükəsizliyinə təsir göstərmir.
QÜTB.AZ "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Əməkdaşlığımız zamanla sınaqdan keçirilib, beynəlxalq hüquqi öhdəliklər baxımından nəyisə pozan, hər hansı bir şəkildə kiminsə təhlükəsizliyinə və ya hər hansı regional tarazlığa mənfi təsir göstərən elementləri ehtiva etmir”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, Vaşinqton öz maraqları naminə başqasının meydanında oynamaqla Moskva ilə Tehranı münaqişəyə sövq etmək niyyətindədir, amma ABŞ buna nail olmayacaq.
Diplomat əlavə edib ki, İran və Rusiya arasında hərbi-texniki əməkdaşlığı heç kim inkar etməsə də, ABŞ öz problemləri ilə məşğul olmalıdır.
Adəm Abbaslı