"Qarabağ"ın kapitanı Maksim Medvedev karyerasını başa vurub.
Publika.az xəbər verir ki, bu, Azərbaycan kubokun finalı çərçivəsində baş tutan "Qarabağ" - "Zirə" matçından öncə açıqlanıb.
Bununla bağlı "Dalğa Arena"da keçirilən oyundan əvvəl kiçik tədbir təşkil edilib. Ağdam klubunun prezidenti Tahir Gözəl və idman direktoru Əmrah Çəlikəl 34 yaşlı müdafiəçiyə xatirə hədiyyələri və 552 nömrəli "Qarabağ" formasını hədiyyə edib. Bu rəqəm onun yetirməsi olduğu komandadakı oyun sayını əks etdirir.
Heybət