29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Bu rus Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi ola bilər

17 noy 2024 03:00
GÜNDƏM
ads

Moskvada doğulan və 11 yaşına qədər Rusiyada yaşayan Boris Epşteyn ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna münaqişəsinin həlli üzrə xüsusi nümayəndəsi postunu tuta bilər.

QÜTB.AZ xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadla məlumat yayıb.

Bildirilib ki, Epşteyn özü belə bir təkliflə Trampın təyyarəsinin göyərtəsində uçuş zamanı çıxış edib.

Nəşr qeyd edir ki, bu ideya siyasətçinin bəzi ətrafını təəccübləndirib, lakin Tramp bununla maraqlanıb və yekun cavab verməsə də, onu rədd etməyib.

Epşteynin diplomatik təcrübəsinin olmaması və Arizonada 2020-ci il seçkiləri ilə bağlı yarımçıq qalan işləri Epşteynin təyin olunmasına əsas maneələr kimi göstərilir.

Buna baxmayaraq, əvvəllər Trampın yeni seçki kampaniyasında baş məsləhətçi vəzifəsində çalışmış və komandasında mühüm rollar oynamış Epşteyn keçmiş prezidentin ətrafındakı nüfuzlu fiqurlardan biri olaraq qalır.

Epşteyn deyib ki, onun namizədliyi faydalı ola bilər, çünki onun münaqişənin hər iki tərəfində qohumları var.

“The New York Times” qəzetinin yazdığına görə, o, ABŞ hökumətinin rəsmi strukturlarına daxil olmadan Trampın müşaviri kimi işləmək arzusunda olduğunu bildirib.

Seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni 24 saat ərzində dayandırmaq niyyətində olduğunu dəfələrlə bəyan edən Tramp xüsusi elçi vəzifəsinə digər namizədləri də nəzərdən keçirir.

Hüseyn İbadlı

Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur