Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda ikinci qol vurulub
Publika.az xəbər verir ki, meydan sahibləri 44-cü dəqiqədə tarazlığı bərpa ediblər - 1:1.
Komandanın heyətində Simon Banza fərqlənib.
00:21
xxx
00:21
Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyununda hesab açılıb.
Publika.az xəbər verir ki, 21-ci dəqiqədə Azərbaycan təmsilçisinin heyətində Marko Yankoviç penaltini dəqiq yerinə yetirib.
xxx
00:00
Bu dəqiqələrdə UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" səfərdə "Braqa" ilə qarşılaşır.
Publika.az xəbər verir ki, bu qarşılaşmanın Azərbaycan futbol ictimaiyyətinin nümayəndələri bir arada izləyir.
Peşəkar Futbol Liqasının təşəbbüsü ilə "28 MALL"da yerləşən kino zalında matçın yayımı təşkil edilib.
AFFA, PFL rəsmiləri, futbol veteranları, Premyer liqa, 1-ci və 2-ci Liqa klublarının rəsmiləri və jurnalistlər tarixi qarşılaşmanı bir arada izləyirlər.
Heybət Məmmədov