Bakı yaxınlığında, Nardaran və Bilgəhdə dəniz kənarında inşa edilən supermüasir yaşayış və istirahət kompleksi «Sea Breeze Resort»a iri investisiyalar yatırılır.
224 mənzildən 100-ü satılıb
QÜTB.AZ FED.az-a istinadən xəbər verir ki, burada inşa edilən minlərlə mənzil investorlar üçün maraqlı yatırım hədəfinə çevrilib. Artıq burada yatırım rekordları qeydə alınmaqdadır.
İndiyədək kompleksə ən böyük yatırım bir investor tərəfindən 3 binanın alınması olub. Bu barədə kompleksin sahibi və rəhbəri Emin Ağalarov bildirib. Onun sözlərinə görə, bir investor sözügedən binalardakı 360 mənzilin hamısını alıb: «Müştəri yaxınlaşdı, layihəyə inandı və bildirdi ki, yaxşı endirim edilsə, 3 bina ,buradakı 360 mənzilin hamısını alacaq. Biz ona 1 illik vaxt verdik və bu müddət ərzində binalar hazır olacaq. Bu indiyədək qeydə alınan ən böyük satış müqaviləmizdir»- deyə E.Ağalarov bildirib.
«Sea Breeze»in sahibi bildirib ki, müştəri bu 360 mənzili sonradan, layihə bitəndən sonra satmaq üçün alır: «O bilir ki, bu alqı-satqıdan 50% qazanacaq».
Kompleksə böyük məbləğ yatıran 2-ci müştəri isə 100 mənzil alıb. Emin Ağalarov bildirib ki, ümumilikdə kompleksdə 1700 mənzil vardı və 2-ci müştəri gəldikdə onlardan cəmi 100 mənzil qalmışdı, həmin investor da satışda olan sonuncu 100 mənzilin hamısını əldə edib: «Layihə bitdikdən sonra həmin investor ikitərəfli qazanacaq – indi təmirsiz kvadratmetri 1500 dollara alınan təmirsiz mənzilləri o, layihə bitdikdən sonra 3000-3500 dollara asanlıqla sata biləcək».
Emin Ağalarov bildirib ki, kompleksdəki mənzilləri təmirsiz alıb, sonradan təmir edib satmaq çox gəlirlidir: «Mən bank olsaydım, bu mənziləri satmazdım, sadəcə təmir edib, sonradan təmirli satardım»-deyə iş adamı yatırımın sərfəli olduğunu qeyd edib.