Kursk və Kursk vilayətində raket təhlükəsi elan edilib.
Publika.az xəbər verir ki, bu barədə vilayətin qubernatoru Roman Starovoyt "Telegram" kanalında məlumat verib .
O qeyd edib ki, ictimai xəbərdarlıq sistemi işə salınıb. Sakinlərdən təhlükəsiz yerlərə sığınmağa çağırılıb.
Qeyd edək ki, fevralın 17-də səhər saatlarında Kursk vilayətində hava hücumundan müdafiə sistemləri işə düşüb. Daha sonra Kursk AES-in yerləşdiyi Kurçatov şəhəri yaxınlığında Ukrayna Silahlı Qüvvələrinə (AFU) məxsus pilotsuz uçan aparat vurulub.
Hadisə radiasiya ilə çirklənməyə səbəb olmayıb, atom elektrik stansiyası adi qaydada işləməyə davam edib.
Hüseyn İbadlı