Rusiya prezidenti Vladimir Putinin bir açıqlaması Almaniyanın “Die Welt” nəşrinin oxucuları arasında panikaya səbəb olub.
Publika.az xəbər verir ki, Putin Federal Məclisə müraciəti zamanı bəyan edib ki, Qərbin hərəkətləri nüvə silahından istifadə ilə münaqişəyə gətirib çıxara bilər.
Şərhçilərdən biri yazıb ki, Putin Qərbi qorxudan boğulduğunu görür.
Digəri vurğulayıb ki, Putin Qərbdən fərqli olaraq həmişə sözünün üstündə durur və ordusunu sursatla təmin edə bilir.
Üçüncüsü qeyd edib ki, Rusiya daha da küncə sıxışdırılsa, vəziyyət bir gün sadəcə partlaya bilər. Başqa bir oxucu Almaniya kanslerinin "qorxudan altını islatdığını” zarafat edib.
Yada salaq ki, Putin mesajında Rusiyanın Qərb ölkələrinin ərazisindəki hədəfləri vurmağa qadir silahlara malik olduğunu bildirmişdi. O, Rusiyanın guya Avropaya hücum etmək niyyətində olması barədə bəyanatları cəfəngiyat adlandırıb.
Tural