Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə İrlandiyanın Baş naziri Mixol Martin arasında görüş olub.
RBK-Ukraina”ya xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin sosial şəbəkədəki səhifəsində bildirilib.
V.Zelenski ölkəsi üçün vacib mərhələdə yanlarında olduğuna görə İrlandiyanın Baş nazirinə təşəkkür edib.
Qeyd edək ki, bu, İrlandiyadan hökumət başçısı səviyyəsində Ukraynaya ilk səfərdir.