Rusiya vətəndaşları arasında ölkə prezidenti Vladimir Putinə etimad səviyyəsi 80 faizdir.
Publika.az xəbər verir ki, bu rəqəm İctimai Rəy Fondunun (FOM) apardığı araşdırmada qeyd olunub.
1500 respondentin iştirak etdiyi sorğuda Putinin fəaliyyəti 81 faiz tərəfindən müsbət qiymətləndirilib. Beləliklə, dövlət başçısının hərəkətlərinə müsbət qiymət verilməsi, o cümlədən ona bir siyasətçi kimi etimad səviyyəsi bir faiz azalıb.
Eyni zamanda, Rusiyada Nazirlər Kabinetinin fəaliyyətinin müsbət qiymətləndirilməsi səviyyəsi artıb. Bir həftə ərzində dörd faiz artıb və baş nazir Mixail Mişustinin işini sorğuda iştirak edən rusiyalıların 58 faizi müsbət qiymətləndirib.
Daha əvvəl bildirilmişdi ki, sorğuda iştirak edən rusiyalıların dörddə birindən çoxu son iki-üç ay ərzində maliyyə vəziyyətlərində dəyişiklik olduğunu qeyd edib.
Adəm