Bakıda iki nəfər dəm qazından zəhərlənərək ölüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Binəqədi rayon Biləcəri qəsəbəsində yaşayan 1963-cü il təvəllüdlü Əşrəf Hacağayev dünən günorta saatlarında ayaşadığı evin hamam otağında dəm qazından boğularaq ölüb.
Oxşar hadisə dünən saat 10 radələrində Yasamal rayonu Yeni Yasamal yaşayış massivində də baş verib. Fərdi mənzillərdən birində 1996-cı il təvəllüdlü Gülşən Mehdiyeva hamam otağında dəm qazından boğulub.
Hər iki faktla bağlı araşdırma aparılır.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun