Beynəlxalq Futbolda İdman Araşdırmaları Mərkəzinin (CIES Football Observatory) versiyasına görə, “Bavariya”nın hücumçusu Tomas Müller top 5 liqadan ən fədakar aktiv futbolçular reytinqinə başçılıq edir.
Publika.az xəbər verir ki, 34 yaşlı alman 16 mövsümdür ki, Münhen klubunda çıxış edir.
Reytinqdə ikinci sırasında Münhenqladbax “Borussiya”sının müdafiəçisi Toni Yançke (16 mövsüm) qərarlaşıb. Üçüncü yeri “Atletik”dən İker Munyain (15 mövsüm) tutub.
Bilbao komandasının oyunçusu Oskar de Markos (15 mövsüm) də reytinqdə dördüncü olub. İlk beşliyi “Atletiko Madrid”dən Koke (15 mövsüm) tamamlayıb.
Xatırladaq ki, Müller 2008-ci ildən “Bavariya”nın əsas komandasında çıxış edir. 34 yaşlı Tomas “qırmızılar”ın heyətində 692 oyuna çıxıb, 237 qol vurub və 264 məhsuldar ötürmə edib.