02.01.25 | Bakı 6.03° C |
10:06:25
Lent :

Bu Avropa ölkəsindən şok tələb: Ukrayna Donbası və Krımı Rusiyaya verməlidir

22 yan 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Ukrayna müharibəni dayandırmaq üçün işğal edilən ərazilərin Rusiyaya verilməsi ilə barışmalı və NATO üzvlüyünə iddia etməməlidir.

Publika.az xəbər veririk, belə bir bəyanatla Slovakiyanın baş naziri Robert Fizo çıxış edib.

“Bir növ kompromis olmalıdır. Rusların Krımı, Donbası və Luqanskı tərk etmələrini gözləyirlər? Bu, qeyri-realdır”, - deyə Fizo RTVS ictimai telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Slovakiya Ukraynanın NATO-ya üzv olmaq üçün müraciətinə mane olacaq. Fizo yanvarın 24-də Ujqorodda keçiriləcək görüşdə bu barədə Ukraynanın baş naziri Denis Şmıqala məlumat verəcəyini vəd edib.

Slovakiya bundan sonra Ukraynaya silah tədarük etməyəcək, lakin silahların kommersiya təchizatına da müdaxilə etməyəcək, kim istədiyini etmək istəyirsə, silahla pul qazansın. Slovakiya şirkətləri olmayacaq, amma Amerika şirkətləri olacaq”, - deyə baş nazir qeyd edib.

Eyni zamanda, Fizo Ukraynanın Aİ-yə üzvlüyünü dəstəkləyəcəyini bildirib:

“Lakin onlar bütün zəruri tələbləri yerinə yetirməlidirlər, çünki onlara cavab verməyən ölkə Avropa İttifaqının bir hissəsi ola bilməz”.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur