2025-ci ildə Avroliqanın “Dördlər finalı”nın keçirilmə yeri kimi Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi seçilib.
QÜTB.AZ xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb.
2024/25 mövsümünün yarımfinalları mayın 23-də baş tutacaq. Həlledici görüş isə mayın 25-də keçiriləcək. Biletlər fevralın 26-dan satışa çıxarılacağı bildirilir.
İddialara görə, BƏƏ görüşləri qəbul etmək üçün Avroliqa rəhbərliyinə 25 milyon ödəyib.