12.10.24 | Bakı 20.03° C |
10:06:25
Lent :

Rusiya Ermənistanı aldadıb, bu planları icra etdirib - Sensasiya

28 fev 2024 17:00
GÜNDƏM
ads

“Rusiya Ermənistana qarşı kinli davranır. Ermənistan Rusiya Federasiyasının üzərinə götürdüyü öhdəliklərə arxalanıb və aldadılıb. Məntiqlə bu, baş nazir Paşinyanın ölkəsinin KTMT üzvlüyünü dondurmasına gətirib çıxardı”.

Publika.az xəbər verir ki, bunu Avropa Parlamentinin bolqarıstanlı deputatı, Ermənistan məsələləri üzrə məruzəçi Andrey Kovaçev Avropa Parlamentinin Ermənistan-Avropa İttifaqı münasibətlərinə həsr olunmuş iclasında deyib.

O bildirib ki, Rusiya heç vaxt Ermənistanın vicdanlı dostu və müttəfiqi olmayıb, onun regionda və dünyada həmişə imperialist planlarına əməl edib.

“Digər tərəfdən, Avropa İttifaqı Cənubi Qafqazda siyasi sabitlik və iqtisadi rifahda çox maraqlıdır. Bu baxımdan, Aİ-Ermənistan münasibətlərinin dərinləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Aİ Ermənistanın ən böyük inkişaf donoru və ikinci ticarət tərəfdaşıdır. Aİ-Ermənistan münasibətləri heç vaxt bu qədər güclü və rəngarəng olmayıb və Ermənistan daxili islahatları həyata keçirmək üçün tərəfdaşlıq sazişindən istifadə edir.

Biz Ermənistanla iqtisadi, maliyyə, sosial, təhlükəsizlik və müdafiə sahələrində əlaqələri dərinləşdirməliyik. Ermənistan tək deyil, biz tezliklə bu respublikaya viza liberallaşdırılmasını təmin etməliyik. Avropa İttifaqı Ermənistanın və erməni xalqının yanındadır”, - Kovaçev bildirib.

Akqabay


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
131 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
20.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur