Oğuz rayonunda xarici vətəndaşın idarə etdiyi "TIR" qəzaya düşüb, magistral yol bağlanıb.
Hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun rayonun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Qazaxıstan dövlət qeydiyyat nişanlı yük avtomobili idarəetmədən çıxıb. Nəticədə TIR-ın bir neçə metrlik uzunluğunda olan qoşqusu yolun hərəkət hissəsində qalıb. Magistralda hərəkət də məhz bu səbəbdən məhdudlaşıb.
Daha sonra əraziyə aidiyyəti qurumlar gəlib və onlar tərəfindən tədbirlər görülərək hərəkət bərpa olunub.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.