"Barselona"nın yarımmüdafiəçisi İlkay Gündoğan bu yay klubu tərk etmək fikrində deyil.
Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Türkəsilli futbolçu Qətərin "Əl-Sədd" klubundan sərfərli maliyyə şərtləri ilə 3 illik müqavilə təklif alsa da, ər "Barsa"da qalmaq niyyətindədir. O, klubdakı mövqeyindən razıdır və baş məşqçi postuna gələn alman Hansi Flik onun niyyətini daha da gücləndirib.
Qeyd edək ki, İlkayın Kataloniya klubu ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir.
Heybət