23.11.25 | Bakı 13.03° C |
10:06:25
Lent :

Sabiq prezidentin oğlu həbs edildi

23 noy 2025 04:00
DÜNYA
ads
Advertisement

Qırğızıstan Daxili İşlər Nazirliyi parlament (Joqorku Keneş) seçkilərinin nəticələrindən sonra ölkədə kütləvi iğtişaşlar təşkil etməyə cəhd göstərməkdə şübhəli bilinən 10 nəfərin saxlanıldığını açıqlayıb.

Qutb.az xəbər verir ki, Nazirliyin məlumatına görə, saxlanılanlar arasında siyasi xadimlər, keçmiş deputatlar, sabiq məmurlar və hüquq-mühafizə orqanlarının keçmiş əməkdaşları var.

Məlumata əsasən, qrup seçki nəticələri elan edildikdən sonra ölkənin cənub bölgələrindən başlayaraq ard-arda mitinqlər təşkil etməyi planlaşdırıb. Daha sonra etirazların Bişkek və digər vilayətlərə yayılması nəzərdə tutulub. Məqsəd geniş narazılıq görüntüsü yaradaraq, vəziyyəti gərginləşdirmək olub.

Nazirlik iddia edir ki, saxlanılan şəxslərin planlarında anti-konstitusion çağırışlar, eləcə də inzibati binaların, televiziya kanallarının, güc strukturlarına aid obyektlərin, hətta silah anbarlarının və penitensiar müəssisələrin ələ keçirilməsi kimi mümkün addımlar yer alıb.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi (GKNB) isə əlavə edib ki, saxlanılanlar arasında ölkənin sabiq prezidenti Almazbek Atambayevin oğlu Kadır Atambayev və onun tərəfdarları da var.

Teglər
Müəllif : Qutb .az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
159 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
13.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur