01.01.25 | Bakı 3.03° C |
10:06:25
Lent :

Polkovnikin hərbçi oğlu HƏBS EDİLDİ

13 iyn 2024 16:00
GÜNDƏM
ads

Müdafiə Nazirliyinin Quru Qoşunlarının İnspeksiya İdarəsinin sabiq rəisi polkovnik Saleh Kələntərovun oğlu Rəşid Kələntərov həbs edilib.

Publika.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, barəsində Respublika Hərbi Prokurorluğunun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 178.2.3-ci (Rüşvət alma və dələduzluq) maddələri ilə cinayət işi açılan R.Kələntərov Bakı Hərbi Məhkəməsinin qərarı ilə həbs edilib.

Onun barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Bildirilir ki, hərbi hissələrdən birində zabit kimi işləyən Rəşid Kələntərovun atasının vəzifəsindən və mövqeyindən istifadə edərək hərbi qulluqçuların, əsgərlərin rüşvət müqabilində xidməti yerlərinin dəyişdirilməsinə yol verməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Rəşid Kələntərovun həbsi barədə ilk məlumatı Bizim.media saytı yayıb.


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
3.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur