Krasnoe Selo bələdiyyəsinin sabiq sədri Sergey Koloşinski Kronştadt ərazisində yoxa çıxıb.
Publika.az xəbər verir ki, Sankt-Peterburqda balıq tutarkən yoxa çıxan keçmiş bələdiyyə rəhbəri Sergey Koloşinskini axtarırlar.
Məlumata görə, 77 yaşlı sabiq bələdiyyə sədri ötən cümə axşamı, iyunun 13-də Kronstadtdakı bəndin ərazisinə balıq tutmağa gedib və hələ də geri qayıtmayıb. Hazırda keçmiş məmurun itkin düşdüyü yerdə xilasedicilər işləyir.
Qeyd edək ki, Koloşinski karyerası ərzində Rusiya Federasiyası Hesablama Palatasının ekspert-məsləhət şurasının üzvü olub. 2009-cu ilin yazında Krasnoye Selo şəhərinin bələdiyyə sədri vəzifəsinə seçilib. Sonrakı iki çağırışda isə deputat olub. O, Hesablama Palatasının keçmiş sədri, Rusiyanın keçmiş baş naziri Sergey Stepaşinlə də dostluğu ilə tanınır.
Vazeh BƏHRAMOĞLU