30.12.24 | Bakı 6.03° C |
10:06:25
Lent :

Sabiq nazirlə rəisin işi məhkəməyə göndərildi

18 mar 2024 16:00
GÜNDƏM
ads
Advertisement

Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Əliyev Rafael Rza oğlu və Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Əsgərov Mənsur Turan oğlunun barəsində ibtidai araşdırılması yekunlaşmış cinayət işi Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində məhkəmə icraatındadır.

Publika.az xəbər verir ki, həmin şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda vəsaitlərin mənimsənilməsi) maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməkdə təqsirləndirilir.

Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər. (Qafqazinfo)


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
6.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur