Rusiya qoşunları Ukrayna silahlı qüvvələrinin mövqelərinə təzyiq göstərməkdə və cəbhədə irəliləməkdə davam edir.
Publik.az "DeepState"ə istinadən xəbər verir ki, Rusiya silahlı qüvvələri Donetskdə Katerinovka və Yurevka yaşayış məntəqələrini ələ keçirib.
Bildirilir ki, Rusiya ordusu 9 yaşayış məntəqəsi yaxınlığında irəliləyib. “Onlar Katerynovka və Yurevkanı ələ keçirib, həmçinin Novomlinski, Stelmaxovka, Bolşaya Novoselka, Jelto, Zarya, Novodmitrovka, Voznesenka, İlyinka və Kuraxovo yaxınlığında irəliləyib”, - məlumatda deyilir.
ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu (ISW) həmçinin bildirir ki, bəzi ukraynalı hərbi müşahidəçilərin fikrincə, ruslar Uqledarın şimal-şərqindəki Katerynovka, Elizavetovka, İlyinka və ola bilsin Romanovkanı ələ keçiriblər.
Coğrafi görüntülər də göstərir ki, Rusiya qüvvələri bu yaxınlarda Uqledarın şimalındakı Trudovskoye kəndinin mərkəzi hissəsinə doğru irəliləyiblər.
Adəm Abbaslı