"Fransa hərbçiləri Ukraynada ölməyəcək. Ukrayna var olduqca, Fransa ordusu Fransada qalacaq".
Publika.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski BFMTV telekanalına müsahibəsində deyib.
“Ancaq Putin NATO-nun bu və ya digər ölkəsi ilə münaqişəyə girərsə, o zaman NATO ölkələri öz əsgərlərini, ordularını, döyüş briqadalarını və taborlarını necə və hansı sayda göndərib-göndərməyəcəklərinə qərar verəcəklər”, – Ukrayna lideri vurğulayıb.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron gələcəkdə müttəfiq qoşunlarının Ukraynaya göndərilməsinin mümkünlüyü ilə bağlı bəyanat verib. Fransanın dövlət başçısının sözləri bir çox müttəfiq ölkələrin hökumətlərinin kəskin reaksiyasına səbəb olub, onların liderləri Ukraynaya hərbi qüvvə göndərməyi planlaşdırmadıqlarını bildiriblər.