İvankanın bu il Ağ Evə qayıtmaq üçün real şansı var. Onun atası siyasətçi Donald Tramp ABŞ prezidentliyinə namizədliyini irəli sürür. Potensial dövlət başçısının qızı ona ən yaxın adamlardan biridir. Donaldın birinci dövründə İvanka onun Dövlət müşaviri vəzifəsində çalışıb. Tramp hakimiyyətə gəlsə, sarışın da çətin ki, Ağ Evdə vəzifəsiz qalsın.
Publika.az xəbər verir ki, bu dəfə İvanka qərara gəlib ki, hər şey mükəmməl olmalıdır. Əvvəllər o, prezidentin komandasında işləyəndə həyatında çətin dövr olub. Trampın prezident olmasına bir ildən az qalmış sarışın üçüncü övladını dünyaya gətirib. Buna görə də, o, Ağ Evə ən yaxşı formada gəlib. Sarışın görünüşü ilə bağlı təhqiramiz şərhlərdən çox narahat idi və görünür, bu dəfə buna imkan verməmək qərarını verib.
Son aylarda İvanka nəzərəçarpacaq dərəcədə gözəlləşib. Sosial şəbəkələrdə bəzi istifadəçilər hətta onu plastik əməliyyatla məşğul olmaqda ittiham edirlər. Sarışının üz cizgiləri həqiqətən dəyişib. Ancaq bəlkə də bu, İvankanın arıqlaması ilə əlaqədardır. O, son aylarda nəzərəçarpacaq dərəcədə arıqlayıb.
Düzdür, bütün pərəstişkarları İvankanın görünüşündəki dəyişikliklərdən qorxuya düşüblər. Onlar onun xəstəlik keçirdiyini hesab edirlər. Bir çox insanlar isə onun indi sadəcə sağlam göründüyünü düşünürlər.
Eks-prezidentin qızı bu yaxınlarda ofis binalarından birindən çıxarkən paparassilərin obyektivinə tuş gəlib. İvanka sərt kostyumda və nəfəs kəsən dikdabanda olub. Belə şalvar və ayaqqabıda ayaqları çox nazik görünüb.
Lakin İvanka açıq-aydın bu imicindən razı görünür və öz üzərində çox işləyir.
Atası seçkidə qalib gəlsə, o, mütləq Ağ Evin əsas sarışını olacaq.
Hüseyn İbadlı