ABŞ Quru Qoşunları Baş Qərargahının hesabatında qeyd olunub ki, Rusiya Silahlı Qüvvələri üçün “müharibə tanrısı” artilleriya olaraq qalır.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" yazıb
Amerikalı ekspertlər qeyd ediblər ki, artilleriya Rusiya ordusu üçün əsas rol oynayır. Onların proqnozlarına görə, gələcəkdə Rusiya Quru Qoşunları daha dəqiq kəşfiyyat, artan atəş məsafəsi və sürəti, avtomatik idarəetmə sistemləri imkanlarını birləşdirəcək.
"Lakin eyni zamanda, onlar hücum edən tərəfin hədəflərinə istənilən zərəri vurmaq üçün kütləvi atəşdən istifadə etməyə davam edəcəklər", - deyə hesabatda qeyd olunub.
Cəmilə