03.01.25 | Bakı 9.03° C |
10:06:25
Lent :

Rəsmi Tokiodan yaponlara ÇAĞIRIŞ: "Rusiyaya getməyin"

24 iyn 2024 05:00
GÜNDƏM
ads

Yaponiya hakimiyyəti Dağıstanda baş verən terror aktları ilə əlaqədar öz vətəndaşlarına Rusiya ərazisinə səfərlərdən çəkinməyi tövsiyə edib.

Publika.az xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşinin çıxış edib.

O deyib ki, Tokio Rusiya Federasiyasındakı vəziyyəti izləməyə davam edir.

“Hökumət Rusiyadakı vəziyyəti, o cümlədən bu hadisəni yaxından izləməyə davam edəcək. Səyahətlərin dayandırılması ilə bağlı tövsiyələr Rusiya Federasiyasının bütün ərazisi üçün tətbiq olunmağa davam edir”, - Hayaşi Tokioda mətbuat konfransında bildirib.

O qeyd edib ki, hazırda Rusiyada Yaponiya vətəndaşlarının həyatı üçün təhlükə halları barədə məlumat yoxdur.

Bundan əvvəl Dağıstan ərazisində, xüsusən də Mahaçqala və Dərbənddə silsilə terror aktları baş verib. Nəticədə iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna hücum edilib. 15-dən çox polis əməkdaşı, keşiş Nikolay ata və bir neçə mülki şəxs həlak olub.

Hüseyn İbadlı


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Advertisement
Qarışıq xəbərlər
Hava durumu
Bakı
9.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur