Əməkdar incəsənət xadimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Cəmil Fərəcov vəfat edib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Bildirilib ki, o, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, C.Fərəcov 3 fevral 1946-cı ildə Bakıda anadan olub. 1969-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 1974-cü ildə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirib. 1970-ci ildən "Azərbaycanfilm" kinostudiyasında rejissor işləyib.
Kinorejissorun "Arvadım Mənim, Uşaqlarım Mənim" , "Azərbaycan" dünyanı gəzir", "Azərbaycan"da dəniz səyahəti", "Ağır şkaf", "Axırıncı maqın sonu", "Foto həvəskarı", "Kimdir müqəssir?" və digər onlarla filmdə rejissor kimi imzası var.
Milli.Az