29.12.24 | Bakı 7.03° C |
10:06:25
Lent :

Ramadan Ərdoğana təşəkkürlər: Türkiyə olmasaydı...

21 fev 2024 08:00
GÜNDƏM
ads
Advertisement

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Albaniyanın baş naziri Rama ilə birgə mətbuat konfransı keçirib. Ərdoğan Albaniya ilə ticarət həcminin 2 milyard dollara çatdırılacağını açıqlayıb. Rama Türkiyəyə təşəkkür edib.

Publika.az xəbər verir ki, Albaniyanın baş naziri Edi Rama Ankaraya səfər edib. Liderlərin keçirdikləri mətbuat konfransında Ərdoğanın açıqlamalarından bəzi məqamlar diqqət çəkib:

“Mən Ankarada cənab Ramanı qəbul etməkdən çox məmnunam. Keçən il biz Türkiyə ilə Albaniya arasında diplomatik əlaqələrin 100 illiyini elan etmişdik. Ticarət həcmimizi 1 milyard dollara çatdırdıq və yeni hədəfimizi 2 milyard dollar olaraq təyin etdik. Qarşılıqlı sərmayələrimizi artırmaq və işgüzar dairələrimiz daxilində əlaqələri daha da gücləndirmək üçün fəaliyyətimizi davam etdirəcəyik. Biz söz verdik ki, 3 ay ərzində Albaniyada xəstəxana tikəcəyik. Allaha şükürlər olsun ki, bu rekordu qıra bildik".

Baş nazir Rama Türkiyəyə öz minnətdarlığını bildirib:

"Səmimi sözləriniz üçün təşəkkür edirik. Bizim dostluğumuz özəldir. Bir daha demək istəyirəm ki, koronavirus dövründə Türkiyə olmasaydı, kim bilir nə qədər insan həyatını itirərdi. Xəstəxana rekord müddətdə quruldu. Ən əsası isə bu gün də həmin xəstəxana Albaniya vətəndaşlarının seçdiyi əsas xəstəxanadır”.

Roza Şəfiyeva


Teglər
Müəllif : Qutb .Az
Yorum yazın
Yorum yoxdur. İlk yazan siz olun
Səsvermə
Saytımızı bəyəndiniz?
134 səslər
Aktual videolar
Bizi izlə
Reklam
ads
Qarışıq xəbərlər
Hava durumu
Bakı
7.03° C
Təqvim
Valyutalar
Teglər

Qutb.az

© 2022 - Bütün müəllif hüquqları qorunur