"Dillərində və nitqlərində qüsur olan şəxslər efirə çıxıb, bahalı avtomobilləri, onların nömrələri və evləri haqda danışaraq gündəmə gəlirlər. Yəni onlar yalnız belə məsələlərlə gündəmdə qalırlar. Sosial şəbəkələrdə "Filənkəs müğənnini toyda pul yağışına tutdular" kimi başlıqlar və videolara rast gəlirik".
Publika.az axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elza Seyidcahan "Xəbər-ətər" verilişində deyib. Müğənni meyxanaçıları tənqid edib. O bildirib ki, meyxanaçılar gənc nəslə mənfi təsir edir:
"Baxırsan ki, meyxanaçıdır adını "söz xiridarı" qoyub, amma "ç" hərifi ilə olan sözləri ifadə edəndə "ts" deyir. "Çarə" sözünə "tsarə" deyir. Əgər sənin dilində və nitqində qüsur varsa, səni efirə buraxmamalıdırlar. O bahalı avtomobil və ona bahalı nömrə, ev alan meyxanaçıdan xahiş edirəm: Sizin böyük dinləyici kütləniz var, onları səhv tələffüsünüzlə pozmayın. Misal üçün, sizi sevən gənclər "canım" sözünə "dzanım", "çarə" sözünə isə "tsarə" deyəcəklər. Söyləyəcəklər ki, bu meyxanaçı bahalı avtomobil sürüb, bahalı paltar geyinir və "çarə"yə "tsarə" deyir, qoy mən də o sözü elə deyim.
"Qarabağ Azərbaydzandır" sözü yoxdur. Bu sözün düzgün deyiliş tərzi "Qarabağ Azərbaycandır".