Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez qüsursuz stili ilə izləyicilərini ilhamlandırmağa davam edir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Dubayda "One&Only One Za'abeel" hotelinin açılışında iştirak edən 54 yaşlı sənətçi gecəyə "Giambattista Valli" moda evinin hazırladığı qara rəngli füsunkar ziyafət libasda gəlib. Eyni materialdan olan plaşı sayəsində onun obrazı daha möhtəşəm təsir bağışlayıb. O, sinə dekolteli uzun libasını ağ əlcəklər, qara klatç və platforma ayaqqabı ilə tamamlayıb.
Açılışda Ceylo ilə yanaşı aktrisa Vanessa Hudcens, Nikola Roberts və başqaları iştirak edib.