Ekvadorun Banos şəhərində baş verən sel torpaq sürüşməsinə səbəb olub.
Publika.az xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində yeddi nəfər həlak olub, 19 nəfər xəsarət alıb. Ölənlərdən beşinin bir ailənin üzvi olduğu qeyd olunub.
Xilasedicilər ərazidə axtarış aparırlar.
Səlahiyyətlilərin məlumatına görə, sel və daşqına səbəb olan yağış ölkənin 24 vilayətindən 10-na təsir edib.